Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9864
  • RUB0,0224
  • NEFT$41.73
^
XƏBƏR LENTİ

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib + VİDEO

31-10-2017, 15:15 Baxış: 438
MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib  + VİDEO
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın diqqətinə çatdırılmasından, MEK-də həyata keçirilən digər təşəbbüslərdən məlumat verib.

MEK-ə sentyabr-oktyabr aylarında daxil olan sənədlərin təqdimatını Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdim edib. Qeyd olunub ki, bu müddət ərzində MEK-ə  1072 hədiyyə, 444 məcburu nüsxə, 33 dissertasiya, 180 avtoreferat, 27 ədəd elektron resursdan ibarət sənəd daxil olub. X.Ağayeva MEK-ə daxil olan yeni sənədlərin siyahısını açıqlayaraq bu barədə ümumi məlumat verib. Siyahıda Arifə Adıgözəlovanın "Fevral inqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi”, Xalidə Hicranın "Hicrannamə”, Afaq Rüstəmovanın  "Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil”, Almaz Bayramovanın "İrəvan xanlığı toponimləri”, Kəmalə Sofiyevanın "Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu”, Sevda İsmayılovanın  "Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi”, Şəlalə Həsənovanın  "İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”, Şəlalə Məmmədovanın "Totalitarizmin interpretasiyası”, Georgiy Zapletinin "David Paşayev. Qrifsiz "Sirr”, Aidə Bağırovanın "İraq böhranı: daxili və xarici aspektlər” və s. kitabların adı xüsusi qeyd olunub.

"Fevral inqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi” monoqrafiyasının müəllifi, BDU-nun Azərbaycan tarixi kafedrası müəllimi Arifə Adıgözəlova, AMEA Fəlsəfə İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova "Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil” monoqrafiyası, Azərbaycan Yazıçılar Birliyinin  üzvü Georgiy Zapletin isə müəllifi  olduğu "David Paşayev. Qrifsiz "Sirr”  kitabı barədə danışıblar.

AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli, institutun əməkdaşları Məmmədağa Sərdarov, Eynulla Mədətli, Elxan Quliyev, Əli İbrahimov, Məhəmməd Cəbrayılov çıxışlarında təqdim olunan yeni əsərlərin əhəmiyyətinə toxunublar. Onlar Azərbaycanda elmi ədəbiyyatın, kitab nəşrinin, nəşriyyat mədəniyyətinin sürətlə yayıldığını, Mərkəzi Elmi Kitabxanada nəşrlərin elmi ictimaiyyətə və oxucu kütləsinə yaxından tanıdılması məqsədi ilə keçirilən tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.