Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Abşeronda müəllimlər 2 aydır maaş almır

13-11-2017, 11:34 Baxış: 136
Abşeronda müəllimlər 2 aydır maaş almır 
Abşeron rayonunda 2 aydan çoxdur ki, müəllimlərin maaşı verilmir.
Bu səbəbdən "Qafqazinfo”ya müəllimlər tərəfindən bir neçə müraciət daxil olub.

Onlar bildiriblər ki, dərs ili başlayandan müəllimlərin maaşları verilmir.

 Abşeron Rayonu Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ilə əlaqə saxladıq. O bildirib ki, maaşların gecikdirilməsi tarifləşmə və dərs bölgüsünün təsdiqi məsələsi ilə bağlıdır:

"Hazırda regional şöbə sənədləri yoxlayır. 2-3 günə maaşların verilməsi nəzərdə tutulub.

Biz özümüz də narahatıq ki, müəllimlər əmək haqqı almır. 

Qeyd edək ki, Sumqayıt məktəblərində çalışan müəllimlərin də eyni problemlə üzləşdiyi bildirilir.