Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Əbülfəs Qarayev əmr verdi - Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

15-11-2017, 15:31 Baxış: 331
Əbülfəs Qarayev əmr verdi - Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Bundan sonra nazir Əbülfəs Qarayevin əmri ilə E.Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl E.Əliyevlə Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov arasında bir neçə dəfə mübahisə yaranıb. Buna səbəb E.Əliyevin istirahət kompleksində baş verən xırda cinayət və inzibati pozuntu xarakterli hadisələrin polisdən gizlətməsi olub.