Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

22-11-2017, 11:58 Baxış: 206
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat verilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var: "Onların yalnız 40-ı, başqa sözlə, 30 faizi AMEA-nın tabeliyindədir. Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür".

D.Tağıyev deyib ki, dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur: "Ümumilikdə, son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb.