Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Haryanto: "Bakıda hər şey əladır"

17-06-2016, 09:00 Baxış: 475
Haryanto: "Bakıda hər şey əladır"

Kanada Qran-prisindən sonra "Manor”, digər komandalar kimi, çətin təchizat məsələlərini həll etmək məcburiyyətində qalıb. Bununla belə, hazırda komanda Bakıdadır və "Sauber”dən olan yaxın rəqiblərinə nisbətən uğurlu çıxış edəcəyinə ümid bəsləyir. 

Tezis.Az xəbər verir ki, indoneziyalı sürücü Rio Haryanto deyir: "Bakıda hər şey əladır. Mən bilmirdim ki, nə gözləyim, lakin bu gözlədiklərimi üstələdi. Şəhərin müxtəlifliyinə heyranam: qədim və yeni tikililərin uyğunluğu Qran-pri üçün gözəl fon yaradır. Bura mənim çox xoşuma gəldi. İnanıram ki, tamaşaçılar da zövq alacaqlar. Bu, təqvimdəki ən sürətli traslardan biridir, əsasən də 15-ci döngə maraqlıdır. Mühafizə sədləri çox yaxın yerləşib və tras çox dar, lakin sürətli alınıb! Bu, bir qədər Monakonu xatırladır – kiçik bir səhv çox baha başa gələ bilər” 

Alman sürücü, 2015-ci ildə keçirilən "Deutsche Tourenwagen Masters” seriyasının çempionu Paskal Verlyayn: "Mən debüt mövsümündən həzz alıram, yarış bir-birinin ardınca gəlir. Mənim həm uğurlarım, həm də uğursuzluqlarım olub, lakin mən bunun öhdəsindən gəlməyi öyrənmişəm. Komanda ilə birgə təcrübə toplayırıq. Mən öz çıxışımdan əsasən razıyam. 

Bakı mərhələsinin müsbət cəhəti onun hamı üçün – həm komandalar, həm də pilotlar üçün ilk dəfə keçirilməsidir. Deməli, işin öhdəsindən rəqiblərə nisbətən daha yaxşı gəlmək lazımdır. Tras sürətlidir, biz Kanadada olduğumuz qədər yaxşı görünməliyik. Orada şansımızı əldən verdik, ümid edirəm ki, burada "Sauber”ə nisbətdə böyük tərəqqiyə nail olacağıq”. 

Deyv Rayan, yarış direktoru: "Kanada və Azərbaycanda ikili yarış elan olunanda, çoxları təəccübləndi – adətən belə mərhələlər bir-birinin yaxınlığında keçirilir, lakin Monreal və Bakı arasında 9 min kilometr məsafə var, odur ki, Kanadada təcili toplantıdan sonra bazar ertəsi bizi uzun yol gözləyirdi. 

Təchizat yarış komandasının işində vacib yer tutur, odur ki, biz əvvəlcədən dəniz yolu ilə mümkün qədər çox yük göndərərək öz işimizi yüngülləşdirməyə çalışırıq. Əgər Kanadadan gələn təyyarə ləngisə belə, biz bu yükü trasa çatan kimi alır və vacib olanları toplamağa başlayırıq.

Əlbəttə, bu, tamamilə yeni bir tras olduğu üçün yarışda təchizat və mühəndis işləri baxımından naməlum məqamlar çoxdur. Lakin biz bura gəlməzdən öncə çox hazırlaşmışıq və yaxşı formada olduğumuzu düşünürük. Hamı səbirsizliklə məşqlərin başlanmasını gözləyir”.

Haryanto: "Bakıda hər şey əladır"
Haryanto: "Bakıda hər şey əladır"
Haryanto: "Bakıda hər şey əladır"
Haryanto: "Bakıda hər şey əladır"