Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Bakıdaüç gün atəşfəşanlıq olacaq

17-06-2016, 11:55 Baxış: 315

Bakıdaüç gün atəşfəşanlıq olacaq

Tədbir konsertdən sonra baş tutacaq.

İyunun 17-19-da "Formula-1” yarışları ilə əlaqədar Dənizkənarı Bulvarda möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Tezis.Az-a bildirib ki, tədbir dünya ulduzları Kris BraunEnrike İqlesiasFarrell Uilyamsın çıxışından sonra baş tutacaq.

Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı ardıcıl olaraq üç gün saat 23:00-da izləyə biləcəklər.

Qeyd edək ki, "Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcəklər.