Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Əlillərə yen iş

17-06-2016, 15:44 Baxış: 307
Əlillərə yen işƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 284 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Nazirliyin mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant olan iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstünlük təşkil edib.
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edilib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.