Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

«Azərsu»nun əməkdaşları mükafatlandırıldı

17-06-2016, 23:05 Baxış: 395

«Azərsu»nun əməkdaşları mükafatlandırıldı

Qorxmaz Hüseynov: Su təsərrüfatı işçiləri bundan sonra da qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə "Əməkdar mühəndis" fəxri adı almış və "Tərəqqi" medalına layiq görülmüş, həmçinin "Azərsu" Açıq Səhmdar Cəmiyyəti sədrinin əmri ilə Fəxri fərmanla təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirildi.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirdi ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanan su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı Sərəncamla iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı təsis edilib. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə "Azərsu" ASC-nin 2 əməkdaşı "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, 12 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunub: «Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədirlər. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar.»

"Əməkdar mühəndis" fəxri adına layiq görülmüş "Azərsu" ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, "Tərəqqi" medalı ilə təltif olunmuş proqram təminatı şöbəsinin rəisi Könül Pənahova su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.

Su təsərrüfatının inkişafında xidmətləri olan və əmək fəaliyyətində fərqlənən 110 əməkdaşı isə "Azərsu" ASC sədrinin əmri ilə Fəxri fərmanla təltif olundu.

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş "Azərsu" ASC əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının vəsiqələri, "Tərəqqi" medalları və Fəxri fərmanlar təqdim olundu.

«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı
«Azərsu»nun əməkdaşları mükafatlandırıldı