Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

İlin ilk ay tutulması başlayıb

31-01-2018, 17:14 Baxış: 173
İlin ilk ay tutulması başlayıb İlin ilk Ay tutulması başlayıb. 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq. 
Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: "Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik”. 
X.Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən "Qanlı Ay tutulması” da deyilir: "Super Ay tutulması” yanvarın 1-də müşahidə olunub, bugünkü "Super Ay tutulması” deyil”. 
Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək. 
Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.