Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Bakıda onikibarmaq bağırsağı qapalı olan uşaq doğuldu

6-02-2018, 15:26 Baxış: 202
Bakıda onikibarmaq bağırsağı qapalı olan uşaq doğuldu Bakıda onikibarmaq bağırsağı qapalı olan körpə dünyaya gəlib.

Bu barədə məlumat paylaşan uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Həkim bildirib ki, 1600 qr çəkisi olan qızı dünyaya göz açan kimi əməliyyat etməyə məcbur qalıblar.

"Bətndaxili USM müayinəsində onikibarmaq bağırsağın qapalı olması şübhəsi olan körpə
dünyaya gözlədiyimizdən tez gəldi. Başqa klinikada doğulan körpəyə aparılan müayinələr nəticəsində məlum oldu ki, onikibarmaq bağırsaq anadangəlmə bağlıdır (Duodenal atreziya). Nəticədə, əməliyyat olunmasa yediyi qida onikibarmaq bağırsaqdan keçə bilmədiyi üçün yaşaması mümkün olmayacaqdı. Cərrahi əməliyyat məqsədilə körpə klinikamıza köçürüldü. Əməliyyat zamanı məlum oldu ki, onikibarmaq bağırsağın bağlı olmasına səbəb mədəaltı vəzin anormal yerləşib onu xaricdən sıxmasıdır (Anulyar pankreas)”.

Həkim bildirib ki, 1600 qr çəkisi olan körpə üzərində cərrahi əməliyyat uğurla icra edilərək onikibarmaq bağırsağın keçiriciliyi (duodenoduodenostomiya) bərpa edilib: "Əməliyyatdan sonra körpə Mərkəzi Klinikanın neonotologiya şöbəsinə köçürülüb. Körpə şanslı olduğu üçün bu xəstəliklə doğulan uşaqlarda görülən Doun sindromu, ürək, böyrək problemləri və əməliyyatdan sonra görülən tikilmiş bağırsaq yerindən sızdırma, tikiş xəttində daralma kimi təkrari əməliyyat ehtiyac olan problemlər ondan uzaq olub. Körpə hazırda evlərindədi”.