Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Xalça Muzeyində “Ailə festivalı” keçiriləcək

22-06-2016, 17:02 Baxış: 213

Xalça Muzeyində “Ailə festivalı” keçiriləcək25-26 iyunda Azərbaycan Respublikasının Mədəniyyət vəTurizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinintəşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə "Ailəfestivalı” adlı tədbir keçiriləcək.

Tədbirin proqramı müxtəlif yaşhəddinin maraqlarına cavab verəcək. Belə ki, tədbirin qonaqları Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyətilə yaxından tanış olacaqlar.

Festivalın yüksək səviyyədətə təşkili və keçirilməsi üçün muzeyin əməkdaşları ilə bərabər Əsli Səmədovanın təşəbbüsü ilə cəlb edilən könüllülər də iştirak edəcəklər.

 "Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaq.

Muzeyin nəzdində olan Uşaq Muzeyi şöbəsi bu festival üçün, xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Azərbaycan Xalça Muzeyinin bələdçiləri muzey kolleksiyası və xalça tarixi barədə 20 dəqiqəlik mini ekskursiyalar təqdim edəcəklər.

Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə "Milli İrsimiz” layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış "Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazlların, "Art-detektiv” müsabiqələrinin nümayişini təqdim ediləcək.

Bundan başqa, Azərbaycanda  ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim olunacaq.

Festival çərçivəsində zaman səyahətləri barədə "Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunacaq və XVIII əsrdə Şuşada "Əjdaha” xalçalarının yaranması sirləri açıqlanacaq.