Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Bayram günlərində ondan çox şəxs xəstəxanalıq oldu

27-03-2018, 11:16 Baxış: 191
Bayram günlərində ondan çox şəxs xəstəxanalıq oldu Novruz bayramında istirahət günlərində (mart ayının 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib.

Bu barədə Publika.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 7-si şöbəyə qəbul edilib, müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.

"Dəm qazı ilə zəhərlənmədə ölüm halı qeydə alınmayıb. Bayram günlərində 4 nəfər həkim təyinatı ilə qəbul edilən dərmandan zəhərlənmə, 6 nəfər isə dərmanın allergik reaksiyası ilə müraciət edib. Onların hər biri ilə söhbətdən məlum olub ki, zəhərlənmələrin heç birində məqsəd intihar olmayıb, sadəcə doza aşılıb. 6 nəfər isə bayram günləri sərxoş halda şöbəyə yerləşdirilib".

A.Maqsudov onu da bildirib ki, bütün müraciətlərə yardım göstərilərək evə buraxılıb, yalnız 1 nəfər isə sirkədən zəhərlənmiş şəxsin hazırda klinikada müalicəsi davam etdirilir.