Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Metronun 4 stansiyasında musiqi olacaq

6-04-2018, 10:49 Baxış: 284
Metronun 4 stansiyasında musiqi olacaq Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.
Artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.
Bənövşəyi xəttin "Avtovağzal" stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arazbarı” simfonik muğamından, "Memar Əcəmi» stansiyasında isə Rauf Hacıyevin "Əhməd haradadır" filmində səsləndirilən məşhur "Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir. "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. "1001 gecə” baletindən fraqment "Xətai»yə, "Azərbaycan kapriççosu”ndan bir parça isə "Cəfər Cabbarlı"ya daxil olan qatarlarda eşidilir.
Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.