Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

"ASAN xidmət" 1 gün işləməyəcək

24-06-2016, 16:53 Baxış: 365
"ASAN xidmət" 1 gün işləməyəcək"ASAN xidmət” mərkəzlərində 1 gün iş olmayacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Tezis.az-a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində iyunun 26-ı qeyri-iş günü olacaq.
Vətəndaşlar iyunun 27-dən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.