Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Xalq artisti vəfat etdi

1-05-2018, 11:46 Baxış: 267
Xalq artisti vəfat etdi SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.
Müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.
Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.
1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.
2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb.