Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib

14-05-2018, 10:54 Baxış: 325
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.
Baş Prokurorluğun saytında "KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.
Dəyişikliyə görə, Baş Prokurorluğun mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib. E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib, ona Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə olunub.