Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verildi

30-05-2018, 14:58 Baxış: 316
Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verildi Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən "Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib.
Elektron layihə beş fəsildən ibarətdir. "Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.
Layihənin "Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.
Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları "E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademik Ramiz Mehdiyevin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Bu fəsildə, həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir.
Layihənin dördüncü fəsli "E-Məqalələr” adlanır. Bu fəslin "Elmi məqalələr” adlanan bölməsində akademik Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin "Haqqında” adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.
Elektron kitabxananın sonuncu fəsli olan "Biblioqrafiya” fəslinin "Əsərləri” adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin "Haqqında” adlanan bölməsində isə akademikin haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır. 2005-ci ildən bu günədək akademikin haqqında dərc edilən məqalələrin Azərbaycan və rus dillərində biblioqrafiyası "Məqalələr” adlanan bölmədə ayrı-ayrı illər üzrə toplanılıb.
http://ramizmehdiyev.preslib.az/ domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənilir.