Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Azərbaycanda böyrək xəstələrinin sayı artır

29-06-2016, 11:56 Baxış: 508
Azərbaycanda böyrək xəstələrinin sayı artırAzərbaycanda müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xroniki böyrək çatışmazlığı xəstələrinin sayı hər il 20-22 % artır.
Tezis.az xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.
F.Babayev əlavə edib ki, hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır.
Şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26-sı regionlarda, 8-i Bakıda) 2 900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir.