Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbələri dənizdə boğulub

17-09-2018, 13:37 Baxış: 162
Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbələri dənizdə boğulubXəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.
Hadisə ötən gün baş verib.
Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.
Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib. Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar.
Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.