Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

AVRO, QIZIL VƏ NEFT BAHALAŞIR, LİRƏ UCUZLAŞIR 04 Dekabr 2018

4-12-2018, 10:14 Baxış: 27
 AVRO, QIZIL VƏ NEFT BAHALAŞIR, LİRƏ UCUZLAŞIR 04 Dekabr 2018
Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, avro, qızıl və neft qiymətlərinin ucuzlaşmasına səbəb olmaqdadır.
Türkiyədə isə dollar bahalaşır. Avro bahalaşır, Lirə ucuzlaşır. Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.13$-ın üzərində ticarət edilir və bu səviyyənin üzərində qaldıqca 1.14$-a kimi də bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi bahalaşaraq, 5.26TL-yə ticarət edilir. Texniki təhlillərə əsasən, məzənnə 5.30TL-ni də yuxarı istiqamətdə qırarsa, dolların bahalaşması 5.44TL-yə kimi də davam edə bilər. Neft və Qızıl qiymətlərində bahalaşma. Avropanın Brent markalı neftinin bir barel qiyməti 62$-ın üzərində təklif edilir və 65 və 67$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşmasına dair xəbərlər, neftə olan tələbin də arta biləcəyinə işarədir. Əlvan metallar bazarlarında da qızılın bahalaşması davam edir. 1235$-ın üzərində təklif edilən qiymət, 1236$-in da üzərində möhkəmlənərsə, 1247$-a kimi də dəyər qazana bilər.