Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Azərbaycanda vəzifəli şəxsin oğlu qəzada öldü - Foto

5-12-2018, 14:50 Baxış: 20
Azərbaycanda vəzifəli şəxsin oğlu qəzada öldü - Foto
Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Saat 18:15-də Salyan-Neftçala yolunun 37-ci kilometrliyində 03.08.1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlunun idarə etdiyi VAZ-21214 markalı, 90 SD 432 nömrə nişanlı avtomobil Bağəli Şirinovun sürdüyü T-28 markalı traktorun qoşqusuna çırpılıb.
Daha sonra avtomobil idarəetmədən çıxaraq "Kredit Evi” kredit təşkilatının Neftçala filialının kredit mütəxəssisi Ələkbərov Şahmar Vahid oğlunun sürdüyü 47 BD 441 nömrə nişanlı, "Mitsubişi Pajero İO” markalı digər minik maşını ilə toqquşub.
Nəticədə Vasif Qurbanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasifin bu həftə nişan mərasimi baş tutacaqmış.
O, "Aqrolizinq”in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azərbaycanda vəzifəli şəxsin oğlu qəzada öldü - Foto