Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim: "Onlar yadplanetli mənşəlidirlər"

8-01-2019, 10:22 Baxış: 52
Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim: "Onlar yadplanetli mənşəlidirlər"
1970-ci illərdə ekspedisiya ilə Azərbaycanda "qar adamı" (yet) axtarışı ilə məşğul olan rusiyalı alim, kriptozoologiyanın əfsanəsi sayılan elmlər namizədi İqor Burtsev müəyyən edib ki, indiki Qazaxıstan ərazisində yetlər xüsusi şəraitdə yaşayırlar.
Alimin sözlərinə görə, burada bəzi kəndlilər yetləri qidalandırır, hətta onları qoruyurlar.
Beynəlxalq Qominologiya Mərkəzinin rəhbəri İ.Burtsev bunları "Express-k.kz" nəşrinə müsahibəsində deyib. Hazırda 68 yaşı olan İ.Burnsev Sovet dönəmində "qar adamı" axtarışı ilə dünyanın yarısını gəzib.
SSRİ-də "qar adamı"nı ilk olaraq professor Boris Porşnev araşdımağa başlayıb. O, bu tip varlıqlara çox qədim qominoid adı verib.
Professorun işini İ.Burtsev davam etdirib. 1965-ci ildə o, həyat yoldaşı ilə birgə Kabardin-Balkarda, 1970-ci ildə isə Azərbaycanda yet axtarışı üzrə ekspedisiyada iştirak edib.
Ardınca Yəmən, Abxaziya, Tacikistan və ABŞ-a ekspedisiyalar təşkil olunub.