Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Yanan “Diqlas” Ticarət Mərkəzi kimindir?

26-03-2019, 13:53 Baxış: 124
Yanan “Diqlas” Ticarət Mərkəzi kimindir?
8-ci kilometr ərazisində xüsusi səliqə-sahmanı ilə seçilən ticarət mərkəzlərindən biri də bu gün yanan "Diqlas” idi.
"Diqlas” bir neçə dəfə yer pullarının 50% artması və digər qalmaqallarla gündəmə gəlsə də, ərazidə daha münasib və çeşidli qiymət təklif etməsi ilə tanınan ticarət mərkəzi kimi çoxlarının üz tutduğu yer idi. Maraqlıdır ki, bu vaxta qədər bu və ya digər məsələdə adı hallanan "Diqlas”ın sahibi barədə məlumat yayılmayıb. Yalnız bu gün Musavat.com "Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğunu yazıb. Qeyd edilir ki, vaxtilə "Diqlas”ın qonşuluğunda yerləşən "8-ci km bazarı” kimi tanınan məkanı E.Mahmudovun MTN çetesi ələ keçirmişdi. Bununla bağlı bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışmışdı. Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə vermişlər. Xatırladaq ki, "Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum - "Diqlas Kvant" və "Diqlas 2" MMC-lər mövcuddur.
Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.