Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək

24-06-2019, 23:00 Baxış: 32
Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək
Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək.
Bu barədə Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.
Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.
"Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.
Ş.Hüseynov bu gün 95 yaşında vəfat edib.