Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Dövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaq

11-07-2019, 11:40 Baxış: 15
Dövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaq
"Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. "Biz bunu pilot layihədə tətbiq etmişdik.
Amma yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq.
Çünki, pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdiriləcəyik.
İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq.
Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq", - Z.Əliyev bildirib.