Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

İtkin düşən pilot Qabil Hüsüynlinin kürəkənidir

25-07-2019, 14:32 Baxış: 58
İtkin düşən pilot Qabil Hüsüynlinin kürəkənidir
Ötən gecə Xəzər dənizində Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29” təyyarəsinin qəzaya uğraması nəticəsində itkin düşən pilot tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.
Sabiq müşavir faktı təsdiqləyib.
Q. Hüseynlinin sözlərinə görə, axtarışlar davam etdirilir:
"İtkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyev qızımın həyat yoldaşıdır.
Müdafiə Nazirliyinin məlumatından başqa heç nə bilmirik. Axtarışlar davam etdirilir”.
Qeyd edək ki, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin qızı Könül Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər namizədidir. Professorun digər övladı Toğrul da tanınmış pianoçudur.
Təqdim olunan fotoda Qabil müəllimin övladları əks olunub.
İtkin düşən pilot Qabil Hüsüynlinin kürəkənidir