Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Nazir qızı ilə bağlı yayılan xəbərə aydınlıq gətirildi

17-08-2019, 09:44 Baxış: 53
Nazir qızı ilə bağlı yayılan xəbərə aydınlıq gətirildi
Açıq Hökumət Platformasının üzvü Əliməmməd Nuriyev son günlər sosial şəbəkələrdə Ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlara Feysbuk səhifəsində aydınlıq gətirib.
 Ə.Nuriyev bildirib ki, şayiə xarakterli xəbərlər mütləq qənaət çıxarılması və buna əsasən hər hansı məlumatların ictimailəşdirilməsi, tirajlanması üçün yetərli ola bilməz: "Sosial şəbəkələrdə Ədliyyə naziri Fikrət Məmmədovun qızının guya yol polisi tərəfindən saxlanılması barədə məlumatlar yayılır və məqsədli şəkildə tirajlanır.
Bu barədə yayılan informasiyalarla tanış olduqdan sonra Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru kimi bu məsələ ilə maraqlandım. Qeyd edim ki, Ədliyyə Nazirliyi Azərbaycan Açıq Hökumət Platformasının üzvüdür və buna görə yayılan məlumatlar diqqətimizi çəkdi. Məlum oldu ki, spirtli içiki qəbul edərək nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanıldığı iddia edilən Nigar adlı xanım sürücü Fikrət Məmmədovun qızı deyil. Ümumiyyətlə, F.Məmmədovun Nigar adlı qızı yoxdur və onun qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmir və işləməyib".
Ə.Nuriyev vurğulayıb ki, vəzifəli şəxslər, onların ailə üzvləri ilə bağlı məlumatlar bir qayda olaraq ictimai diqqət mərkəzində olur: "Bu maraq da hardasa başa düşüləndir, onu da nəzərə almaq olar ki, yüksək vəzifəli şəxslər həm də publik şəxslər sayılır, onların personasına marağı, diqqəti də təbii saymaq olar. Şübhəsiz ki, söz və ifadə azadlığı da toxunulmazdır. Amma bu hüquqdan sui-istifadə etməklə digər vətəndaşların hüquqlarını pozmaq, onların reputasiyasını zərbə altında qoymaq, nufuzdan salmaq da yolverilməzdir və insan hüquqlarına hörmət prinsipləri ilə bir araya sığmayan davranışdır. Bu cür yoxlanılmayan, yalan məlumatların yayılması ictimai rəyin çaşdırılmasına, eyni zamanda başqasının şərəf və ləyaqətinə, işgüzar nufuzunun ləkələnməsinə səbəb ola bilər.
Bu məlumatların məqsədli şəkildə, yoxlanılmadan, sübutlarla möhkəmləndirilmədən yayılması qərəzdən, qarayaxmaq, nüfuzdan salmaq niyyətindən xəbər verir və sosial şəbəkə istifadəçiləri bu cür məlumatların yayılması zamanı bu qərəzin fərqində olmalı, digər vətəndaşa, təsvir edilən hadisəyə yaxından-uzaqdan aidiyyəti olmayan şəxslərə ziyan vura biləcəklərini unutmamalıdırlar və kimlərinsə hansısa qərəzli niyyətinin alətinə çevrilməməlidirlər".