Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Bakı şəhəri N.Nərimanov rayonu 57 saylı məktəbdə bilik günü qeyd olunub, BİRİNCİLƏRİN MƏKTƏBLƏ TANIŞLIĞI - VIDEO

16-09-2019, 18:41 Baxış: 1 290
Bakı şəhəri N.Nərimanov rayonu 57 saylı məktəbdə bilik günü qeyd olunub, BİRİNCİLƏRİN MƏKTƏBLƏ TANIŞLIĞI - VIDEO
Bakı şəhəri Nəriman rayonu 57 saylı məktəbin 1A sinfinin şagirdlərinin məktəb həyatına daha tez adaptasiyası, dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədilə məktəbə ilk addımlarını atan birincilərin məktəblə tanışlıq ekskursiyası təşkil olunub.
Birincilərin tədrisə hazırlıqlı başlaması, onlarda məktəb haqqında müəyyən təsəvvürlər yaratmaq üçün məktəbin kitabxanası, yeməkxanası, tibb otağı, sinif otaqları və məktəbin foyesində təşkil olunan mütaliə guşəsi ilə tanışlıq körpə fidanların böyük marağına səbəb olub.
Ekskursiya çərçivəsində məktəbin adını daşıyan şəhid T.İ.Həsənovun büstü ziyarət edilib, sinif müəllimi İlhamə İsgəndərli dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz haqqında şagirdlərə geniş məlumat verib. Məktəbin direktoru Gülnarə Cəfərova, direktor müavini Aidə Kələntərova, təşkilatçı müavin Dilbər Rzayeva, məktəblinin dostu vəzifəsini yerinə yetirən şəxslər birinci sinfə qədəm qoyan uşaqları böyük səmimiyyətlə qarşılayıblar. Körpə fidanlar dəhlizdə nümayiş olunan əl işləri ilə tanış olub və bəzi otaqlarda dərs prosesini izləyib.