Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Bakıda meymun tərəfindən dişlənilən Britaniya vətəndaşı ambulator müalicə alır

26-09-2019, 13:07 Baxış: 3 031
Bakıda meymun tərəfindən dişlənilən Britaniya vətəndaşı ambulator müalicə alır
Sentyabrın 25-də paytaxtda Böyük Britaniya vətəndaşını meymun dişləyib.
Saat 21:11-də 58 yaşlı britaniyalı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar.
KTM-dən aldığımız məlumata görə, Böyük Britaniya vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub.
Hazırda ambulator müalicə alır. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.