Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Pekində Çinin 70 illiyi şərəfinə ən böyük hərbi parad başlayıb

1-10-2019, 08:40 Baxış: 16
Pekində Çinin 70 illiyi şərəfinə ən böyük hərbi parad başlayıb
Pekinin "Tyananmen" mərkəzi meydanında Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi şərəfinə təntənəli tədbirlər başlayıb.
Bu barədə RİA "Novosti" xəbər verir. Bildirilir ki, "Tyananmen" meydanında tribunaya Çin Xalq Respublikasının sədri Si Szinpin, Dövlət Şurasının baş naziri Li Kesyan, hökumət rəhbərliyinin başqa üzvləri, həmçinin keçmiş dövlət başçısı Tszyan Szemin qalxıblar. Təntənəli tədbiri Li Kesyan açıq elan edib. Hazırkı tədbir son onilliklər ərzində ölkədə keçirilən ən böyük parad olacaq.
Daha əvvəl hərbi parada rəhbərlik edən qrupun rəis müavini, general-mayor Tsay Çjiszyun bildirib ki, paradda demək olar, 15 min hərbi qulluqçu, 580 texnika, 160 təyyarə və helikopter iştirak edir.