Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

“Kapital Bank” Amerika Banklar Assosiasiyasının illik toplantısına qatılıb

31-10-2019, 11:16 Baxış: 12
“Kapital Bank” Amerika Banklar Assosiasiyasının illik toplantısına qatılıb
"Kapital Bank” oktyabrın 27-29-da ABŞ-ın Sietl şəhərində keçirilən Amerika Banklar Assosiasiyasının (ABA) İllik Qurultayında iştirak edib.
 
Tədbirə idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
 
ABŞ-ın müxtəlif banklarını təmsil edən ekspertlərin iştirakı ilə keçirilən illik toplantıda maliyyə xidmətləri sahəsində tendensiyalar, kibertəhlükəsizlik, ödəniş sistemləri, bank sektoru iştirakçılarının qarşısında dayanan problemlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
 
Tədbir müddətində, həmçinin "Bank işinin rəqəmsal transformasiyası”, "Kiber-risklərin idarə olunması” mövzuları ətrafında diskussiyalar aparılıb, eləcə də digər mövzularda vorkşoplar, panel və ictimai müzakirələr, təqdimatlar həyata keçirilib.
 
"Cari il ərzində "Kapital Bank” artıq bir neçə beynəlxalq tədbirlərə - forum, qlobal təşkilatların illik yığıncaqlarına və konfranslara qatılıb.
ABA tərəfindən təşkil olunan İllik Qurultayın əsas prioritet istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır.
 
Ölkənin birinci bankı olaraq xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə biz hər zaman müştərilərə innovativ həllər təklif edirik. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaq imkanı bankın öz ictimai əhəmiyyətli funksiyalarını daha səmərəli yerinə yetirməsinə müsbət təsir göstərəcək”, - deyə "Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri V.Sadiq bildirib.
 
Qeyd edək ki, "Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına üzv seçilib. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
 
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.