Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Bakıda iki avtobus toqquşdu: yaralılar var

5-11-2019, 09:50 Baxış: 10
Bakıda iki avtobus toqquşdu: yaralılar var
Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması zamanı xəsarət alanların son durumunu açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Bakının 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma, saat 22:20 də daxil olub.
 
Qeyd olunub ki, hadisə yerinə 5 briqada yollanıb: "Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır.
1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar.
Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.