Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü

6-11-2019, 09:53 Baxış: 13
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü
 Türkiyəyə göndərilir Heydər Əliyev Fondu avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.
Bunu açıqlamasında O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
 
Onun sözlərinə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək:
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn həkimlər həyat yoldaşımı müayinə ediblər.
Onun müalicəsi Türkiyədə xəstəxanaların birində davam etdiriləcək”.
F.Gülalıyeva bildirib ki, O.Gülalıyevin Türkiyə aparılması ilə bağlı hazırlıq işləri görülür.