Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb

10-01-2020, 08:48 Baxış: 15
FHN paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.
 
FHN xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. "Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.