Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

AMEA koronavirus sözünün dəqiq mənasını və yaranma tarixini müəyyənləşdirib

19-03-2020, 10:38 Baxış: 29
AMEA koronavirus sözünün dəqiq mənasını və yaranma tarixini müəyyənləşdirib
"Koronavirusun adı latınca "corona” sözündən götürülmüşdür ki, bu da "tac”, "çələng” mənalarını verir. Buna səbəb virusun elektron mikroskop görüntülərində Günəş tacını xatırladan zolaqların olmasıdır".
 
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib.
 
Onun sözlərinə görə, bu morfologiya virus tikanının peplomerləri vasitəsilə yaranır, bu zülallar virusun səthini örtərək sahibin tropizmini təyin edir. "Koronaviruslar 1960-cı illərdə kəşf edilib.
 
İlk dəfə toyuqlarda yoluxucu bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılmışdır. Sonrakı dövrlərdə bu ailənin başqa üzvləri - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV-2 kimi formalar kəşf edilmişdir.
 
Yeni 2019-nCoV-2 koronavirusunu bütün viruslar arasında çempion adlandırmaq olar.
 
Çünki koronaviruslar (+) bir zəncirli RNT genomlu viruslar arasında ən böyük genoma malikdir. Virusların sahib orqanizmdə adaptasiyası daha çox virus genomunun uzunluğundan asılıdır", - AMEA-nın vitse-prezidenti vurğulayıb.