Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Karantin rejimi uzadılır - Rəsmən elan edildi

16-04-2020, 08:28 Baxış: 408
Karantin rejimi uzadılır - Rəsmən elan edildi
Vətəndaşlara müraciət edirik ki, karantin rejimi qaydalarına əməl etsinlər. Əks epidemik nailiyyətin davam etməsi baxımından bu vacibdir.
 
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
 
"Əks halda pik yoluxma halları baş verə bilər.
 
Karantin rejimi tətbiq olunmasaydı, biz acınacaqlı mənzərənin şahidi ola bilərdik. Xəstələrin sürətlə artması xəstəxanalarda yer olmamasına səbəb ola bilər.Biz inkişaf etmiş ölkələrdə bu hallarla rastlaşdıq"
O qeyd edib ki, epidemoloji problemə görə yoluxma arta bilər, bütün tədbirlər görülməlidir: "Düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu qarşıdakı bir il ərzində unutmamalıyıq. Karantin müddətinin uzadılması üçün Operativ qərərgaha müraciət hazırlayırıq. Karantin rejimindən çıxma qaydaları da bu müraciətdə yer alacaq. Karantin rejimindən çıxdıqdan sonra belə xəstəliyin inkişafı təhlilllərdən sonra üzə çıxacaq. Tədbirlərin yenidən sərtləşdirmə ehtimalını unutmamalıyıq. Təkrar sərt karantin rejiminə keçməmək üçün bu qaydalara əməl etməliyik. Yaxın bir il ərzində həyat tərzinizi dəyişmək vacibdir"