Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Pandemiyalı ilk dərs günü - maskalı şagirdlər

15-09-2020, 15:36 Baxış: 15
 
Azərbaycanda 6 ay 12 gün fasilədən sonra məktəblərin qapıları şagirdlərin üzünə açılıb.
 
"Altaba" xatırladır ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi. 2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.
 
Bu gün I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.
Bu gündən distant formada tədrisə başlayan ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunanadək distant şəkildə tədris davam etdirilir.
 
Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagird təhsil alacaq. Onlardan 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132 734, XI sinfində isə 85 044 şagird təhsil alacaq.