Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

Əli Həsənova məxsus bina boşaldılır

17-09-2020, 12:25 Baxış: 32
Əli Həsənova məxsus bina boşaldılır
Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.
Altaba.az Yenisabah.az-a istinadən xəbər verir ki, yaxın günlərdə BMM-in binasının boşaldılmasına başlanılacaq.
Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı.
Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var.
Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media qurumları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Məlumatlarda qeyd edilir ki, Əli Həsənov təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə, bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub.
 
Artıq bir sıra media şirkəti binanı tərk edib.
Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.