Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

“icaze.e-gov.az”dan qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının Siyahısı açıqlanıb

28-09-2020, 17:46 Baxış: 42
“icaze.e-gov.az”dan qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının Siyahısı açıqlanıb
"Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının "icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib.
Altaba-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarında bildirilib. Hərəkətinə icazə verilən qurumlar aşağıdakılardır:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. İqtisadiyyat Nazirliyi

4. Maliyyə Nazirliyi

5. Müdafiə Sənayesi Nazirliyi

6. Energetika Nazirliyi

7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

8. Diasporla İş üzrə Dövlət Komitəsi

9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

14. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

15. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti

16. "Azəriqaz” İstehsalat Birliyi

17. "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

18. "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

19. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

20. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

21. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

22. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

23. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi