Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur

10-02-2021, 11:31 Baxış: 71
Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur
Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.
Təhsil Nazirliyindən Altaba.az-a verilən xəbərə görə, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq.
Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.