Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb

16-09-2021, 12:45 Baxış: 44
Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb
"Əillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir".
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.
 
O bildirib ki, bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib:
 
"Bu qiymətləndirmə 98-99 faiz halda elektron aparılır, vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var.
11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.
 
Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib".