Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Bu məktəbin 27 məzunu 600-dən çox bal toplayıb

26-07-2016, 13:00 Baxış: 288
Bu məktəbin 27 məzunu 600-dən çox bal toplayıb
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27-i məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Gimnaziyanın direktoru, Əməkdar Müəllim Nizami Əhmədovun sözlərinə görə, gimnaziyada iki buraxılış sinfi olub.
Direktor bildirib ki, təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib: "Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. 8 abituriyent isə 650-dən yuxarı nəticə göstərib. Bu şagirdlər gimnaziyada çalışqan olmaları, dərsə davamiyyətləri, aldıqları yüksək qiymətlərlə seçiliblər. Ona görə də, belə uğurlu nəticəni gözləyirdik".