Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Ərəblər Bakıya niyə axın edir? - Rəsmi

11-08-2016, 17:59 Baxış: 378
Ərəblər Bakıya niyə axın edir? - Rəsmi

2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb. 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, həmçinin Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması istiqamətində 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr göstərməsinə təkan verib. 
2016-cı ilin birinci yarım ili ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 19 dəfə (10 086 nəfər), Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 13 dəfə artım (422 nəfər) qeydə alınıb. 
Bununla yanaşı, Ərəb ölkələri arasında ən çox turist Azərbaycana İraqdan gəlib. Cari ilin ilk altı ayı ərzində 11 028 İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar-iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur. 
2016-cı ilin birinci yarısı ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.