Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Gənclər üçün yeni layihə başladı

17-05-2016, 14:59 Baxış: 277

 Gənclər üçün yeni layihə başladı

 

 

 

 

Təhsil, maarifçilik, gənclərin vətəndaş cəmiyyəti və dövlət quruculuğunda rolunun artırılmasına çalışan Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 20 ildir ölkənin gənclər sektorundakı fəal QHT-dən biri kimi aktiv fəaliyyət göstərməkdədir. Gənclər üçün humanitar-sosial, maarifçilik, gənclərin fəal iştirakı, qeyri-formal tədris, hüquqi biliklərin artırılması istiqamətində 100-dən artıq layihə, proqram həyata keçirmiş ADTGT fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən ADTGT-nin "Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihəsi dəstəklənmişdir. 3 ay müddətində - 15 may – 15 avqust 2016-cı il tarixlərində icra olunacaq layihə Bakı şəhər Binəqədi rayonunun 200 nəfər ali təhsilli gəncinin inkişafına, maariflənməsinə, bu rayonda yaşayan ali təhsilli gənclərin dövlət qulluğuna maraqlarının artırılmasına, bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, onların bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmaqda, öz karyera yüksəlişlərini bu sahədə qurmalarına böyük dəstək və yardımçı olacaqdır.

 

Layihə çərçivəsində təşkilat Binəqədi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdarəsi ilə sıx əməkdaşlıq quraraq, dövlət qulluğuna hazırlaşan Binəqədili gənclər üçün pulsuz hazırlıq və təlim kursları açacaq, onların müsabiqə və müsahibəyə hazırlanmasına, məntiqi dünyagörüş, əcnəbi dil və İKT səviyyələrinin artırılmasına dəstək olacaq, iştirakçı gənclərin qiymətləndirməsini, test hazırlıqlarını yoxlayacaq, sınaq imtahanları keçirəcək və rayon gənclərinin karyera inkişafına təkan verəcək Binəqədi Gənclərinin Karyera Forumu adlı ümumrayon toplantısı təşkil edəcəkdir. ADTGT və əməkdaşlıq edilən digər tərəfdaş dövlət qurumları ilə birgə yaxın günlərdə iştirakçıların seçimi üçün ərizə qəbulu elanına start veriləcək, KİV və sosial şəbəklər vasitəsilə dövlət qulluğuna pulsuz hazırlıq və təlim kursları, onların proqramı və ümumilikdə layihənin ictimai əhəmiyyəti haqqında informasiyalar yayılacaqdır.

 

Fəaliyyət Planına uyğun dövlət qulluğuna hazırlaşan gənclər üçün maarifləndirici və zəngin məlumatlı Yaddaş Kitabçası çap olunub paylanacaq, sosial şəbəkələrdə layihənin geniş PR işləri, o cümlədən, sosial reklam kampaniyası həyata keçiriləcəkdir. Sonda sertifikatlarla təltif olunacaq layihə iştirakçılarının şəbəkəsi yaradılacaq və onlar sosial şəbəkələrdə qurulacaq qrup və səhifə vasitəsilə requlyar virtual təlim və sınaq testlərinə cəlb olunacaqlar. Pilot olaraq Binəqədi rayonunda həyata keçirilən bu layihənin gələcək davamlılığı üçün bu fəaliyyətlərdən digər regionların və ümumilikdə ölkə gənclərinin faydalanması da nəzərdə tutulur.

Gənclər üçün yeni layihə başladı