Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

TQDK ilk imtahanların nəticəsini açıqladı

17-05-2016, 17:44 Baxış: 478

 TQDK ilk imtahanların nəticəsini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan TEZİS.AZ-a bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 14.497 abituriyentdən 880-i imtahana gəlməyib. İmtahanda iştirak edən 13.589 abituriyentdən 28-i imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent üçüncü ixtisas qrupu üzrə imtahan verib və 675 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Tezis.az