Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Səhiyyə Nazirliyinin istintaq altındakı mühüm məmuru işdən uzaqlaşdırıldı- "Yanan bina"ya görə

20-05-2016, 14:24 Baxış: 294
 Səhiyyə Nazirliyinin istintaq altındakı mühüm məmuru işdən uzaqlaşdırıldı- "Yanan bina"ya görə
Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru işdən uzaqlaşdırıldı
İstintaq və məhkəmə prosesi başa çatanadək o vəzifəsini icra etməyəcək.
Barəsində cinayət işi başlanan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. 
Tezis.az xəbər verir ki, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir. 
İstintaq və məhkəmə prosesi başa çatanadək A. Əlibəyov vəzifəsini icra etməyəcək.
Qeyd edək ki, A. Əlibəyov ötən ilin mayında Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.
A. Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.
Onun barəsində heç bir yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.