Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib

11-11-2016, 08:35 Baxış: 292

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib

Noyabrın 10-da Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. 

Heydər Əliyev Fondundan verilən xəbərə görə, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib. 

Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar. 

 Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən  şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar.  

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.