Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

RUSİYANIN ƏMƏKDAR ARTİSTİ TEATR SƏHNƏSİNDƏ DÜNYASINI DƏYİŞİB

13-11-2016, 08:29 Baxış: 347
RUSİYANIN ƏMƏKDAR ARTİSTİ TEATR SƏHNƏSİNDƏ DÜNYASINI DƏYİŞİBRusiyanın əməkdar artisti Boris Lifanov Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə gazeta.ru saytı xəbər verir.  "Boris Lifanov "Səkkiz sevən qadın” tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib”, - teatrın yaydığı məlumatda bildirilir.  Qeyd edək ki, Boris Lifanov Tver dram teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin teatra həsr edib. Onun obrazları içərisində Çexovun "Çayka” əsərində Triqorin, Rıbakovun "Arbat uşaqları”nda Saşa Pankratov, Ostrovskinin "Qurdlar və qoyunlar”ında Berkutov rolunu və digər çoxsaylı məşhur rollar yer alıb.