Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Gələn il orta aylıq əmək haqqı 508 manat olacaq

17-11-2016, 19:45 Baxış: 271

 

Gələn il orta aylıq əmək haqqı 508 manat olacaq

Azərbaycanda gələn il orta aylıq əmək haqqının 2016-cı ilə illə müqayisədə real ifadədə 0,1% artaraq 508,4 manat olacağı proqnozlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.

İqtisadiyyat Nazirliyi 2017-ci ildə inflyasiyanın 7,3%, növbəti 3 ildə isə azalaraq 2020-ci ildə 3,5% olacağı gözlənilir. Gələn il ölkədə ÜDM-in həcmi real iqtisadi artımı 1,0% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.