Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“Tanrının əli”ni görməyən hakim öldü - Video

2-06-2017, 10:36 Baxış: 264
“Tanrının əli”ni görməyən hakim öldü - Video
1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev vəfat edib.
Doçev 80 yaşında ikən dünyasını dəyişib. Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyunsonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib. Doçev isə Allahın əli barədə danışmağı sevmədiyini və bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olduğunu söyləyib: "Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi". Qeyd edək ki, Boqdan Doçev 1970 - 1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə əlaqədar insident üzündən o, karyerasını başa vurmalı olub.